Dow Jones indeksi 1,0%, S&P 500 0,6%, Nasdaq 0,4% enib

Dow Jones indeksi 1,0%, S&P 500 0,6%, Nasdaq 0,4% enib
# 11 oktyabr 2012 07:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 10-da Amerika fond bazarında Dow Jones indeksi 1,0% - 13 345 bəndədək, S&P 500 0,6% - 1 433 bəndədək, Nasdaq 0,4% - 3 052 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına korporativ xəbərlər təsir edib. Daha dəqiq, «Alcoa» şirkəti zərərinin olduğunu, «Chevron» isə mənfəətin azaldığını bəyan edib.

Avropa fond bazarlarında oktyabrın 10-da FTSE 100 indeksi 0,6% - 5 777 bəndədək, Almaniya DAX-ı 0,4% - 7 205 bəndədək, Fransa CAC-40-ı 0,5% - 3 366 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,01% azalaraq 1 765,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2865 (+0,05%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR