“Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsinə Milli Fəaliyyət Proqramında qadın hüquqları” mövzusunda dəyirmi masa keçirilib - FOTO

“Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsinə Milli Fəaliyyət Proqramında qadın hüquqları” mövzusunda dəyirmi masa keçirilib - <font color=red>FOTO</font>
# 01 mart 2012 12:50 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ombudsman Aparatı ilə birgə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsinə Milli Fəaliyyət Proqramında qadın hüquqları” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sərdi Hicran Hüseynova bildirib ki, fəaliyyət proqramı qadınların əmək bazarında rəqabət qabiliyyətinin artırılması, qadın sahibkarlığının inkişafı, qadınların yeni peşələrə yiyələnməsi, məişət zorakılığına məruz qalmış qadınlar üçün reabilitasiya proqramlarının həyata keçirilməsi, zorakılıqla mübarizənin gücləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Komitə sədinin sözlərinə görə, Azərbaycanda həmişə qadın hüquqları müdafiə olunub və bu sahədə vəziyyət getdikcə yaxşılaşır. H. Hüseynova qadın hüquqları ilə bağlı qanunvericilik bazasının işlənilməsi üçün tədbirlərin davam etdirilməsini və yeni mexanizmlərin hazırlanmasını da vacib sayıb. O, bu sahədə Ombudsman Aparatı ilə müzakirələrin davam etdiriləcəyini deyib.

Ombudsman Elmira Süleymanova Azərbaycanda qadın hüquqları ilə bağlı mövcud olan qanunvericilik bazasından və Azərbaycanın bu sahədə qoşulduğu beynəlxalq konvensiyalardan danışıb. O, Azərbaycanda qadınların, xüsusilə ahıl qadınların peşə fəaliyyətinə cəlbi və onların yeni peşələrə yiyələnməsi üçün kursların təşkilini vacib sayıb. Onun sözlərinə görə, tələbə və könüllülərin də potensialından istifadə böyük nəticə verə bilər.

Tədbir digər qonaqların çıxışları ilə davam etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR