Eldar Sabiroğlu Müdafiə Nazirliyində dəyişikliklərin olacağı barədə məlumatlara münasibət bildirib

Eldar Sabiroğlu Müdafiə Nazirliyində dəyişikliklərin olacağı barədə məlumatlara münasibət bildirib
# 13 aprel 2012 13:32 (UTC +04:00)
Öz qanunları ilə idarə olunan güclü və möhkəm Azərbaycan dövlətində bu cür yüksək səviyyəli dəyişikliklər hansısa beynəlxalq təşkilatın təklifi və tövsiyəsi, yaxud başqa birinin arzu və istəyi ilə aparılmır. Bu mühüm məsələləri ölkədə yalnız bir şəxs həll edir. Konstitusiya ilə bu müstəsna hüquq Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətinə daxildir. Kiminlə də nə zamana qədər işləyəcəyini yalnız o özü müəyyən edir, başqa bir kimsə yox. Bax bunu anlamaq lazımdır”. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu bunu son günlər mətbuatda Müdafiə Nazirliyində dəyişikliklərin olacağı, bunu NATO-nun istəməsi ilə bağlı APA-nın sualına cavabında deyib.

“Həqiqətən, düşündürücü vəziyyət göz önündədir. Müdafiə Nazirliyinə qarşı kampaniya dənizdəki dalğa kimi gah kükrəyir, gah da öz-özünə sakitləşir. Amma gözəgörünməz dalğıclar məqam gələn kimi yenə təlatüm qoparmağa cəhd edirlər. Bunun ən bariz nümunəsini öncə qeyd etdiyimiz kimi, bəzi informasiya vasitələrinin səhifələrindən görmək olar. Hər gün, hər həftə yalan və uydurma informasiya ixrac etməklə məşğul olan həmin qanad son zamanlar bütün hədləri belə aşmağa başlayıb. Məqsədli dezinformasiyaların yayılmasına, Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı əsassız münasibətlərin səslənməsinə bekarçılığın əlaməti kimi baxmıram. Daşların haradan atıldığı ünvan gizlin deyil. Yalan futbol topu kimi ötürülür və bacarıqsız oyunçu da gözünü yumub topu hara gəldi vurur. Bir sözlə, əsasən belə işlər sifarişli şəkildə olur və arxasında maraqlı şəxslərin kölgəsi dayanır. Biz hər şeyin ideal olduğu iddiasında da deyilik. Ancaq qərəzli və ədalətsiz münasibətlə də heç vaxt barışa bilmərik. Hətta adını ekspert qoyan uğursuzlardan biri elə ciddi qurumun adını çəkir ki, guya həmin məlumatlar da ona oradan gəlir. Halbuki o yüksək qurumun süpürgəçisi belə onunla görüşməyi özünə rəva bilməz. Bəs niyə belə edir? Bunun çox sadə bir cavabı var. Desinlər ki, “NATO tədqiqatçısı”nın əlləri görün haralara gedib çıxır, hətta orada gedən müzakirələrdən belə yerli-yataqlı məlumatı var. Yazıqlar olsun! Əslində günahı beləsində yox, onu danışdıranda axtarmaq lazımdır”, - deyə E. Sabiroğlu vurğulayıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR