Azərbaycan Türkiyənin Modern Piyada Tüfəngi layihəsinə qoşulmaq niyyətindədir

Azərbaycan Türkiyənin Modern Piyada Tüfəngi layihəsinə qoşulmaq niyyətindədir
# 27 iyul 2012 10:54 (UTC +04:00)
Bu barədə APA-ya Türkiyənin Makina və Kimya Sənayesi Təşkilatından (MKEK) məlumat verilib.

Hazırda tərəflər arasında Azərbaycanın ehtiyaclarının dəqiqləşdirilməsi üzərində işlər aparılır. Eyni zaman bu ilin sonu, gələn ilin əvvəllərində silahın ortaq şəkildə istehsalına dair daha bir sənədin imzalanması gözlənilir: “Biz Azərbaycandan başlanğıc üçün konkret say və layihədə hansı formada iştirakla bağlı təklif gözləyirik. Azərbaycan rəsmən bu layihədə iştiraka maraqlı olduğunu və daxili ehtiyacı öyrəndiyini açıqlayıb. Son texnologiyalardan istifadə əsasında hazırlanmış piyada tüfəngimiz Azərbaycan Ordusunun silahlanmasında öz yerini alacaq”.

Şirkət gələcəkdə sifarişin çox olacağı təqdirdə adıçəkilən silahın lisenziya əsasında, Azərbaycanın müəssisələrində istehsalını mümkün hesab edir.

MKEK şirkəti hazırda Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssisələri ilə digər bir neçə layihəni nəzərdən keçirir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR