Braziliyada İran diplomatı silahlı hücuma məruz qalıb

Braziliyada İran diplomatı silahlı hücuma məruz qalıb
# 03 may 2012 11:56 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın Braziliyadakı səfirliyində çalışan diplomat silahlı hücuma məruz qalıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hadisə kimliyi məlum olmayan 3 nəfər tərəfindən gecə saatlarında səfirliyin önündə baş verib. Xəbərdə bildirilir ki, hadisəni törədən şəxslər İran diplomatının avtomobilini oğurlamaq istəyiblər. Lakin diplomat müqavimət göstərərkən oğrular ona atəş açıb. Nəticədə diplomat yaralanıb. Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR