Abşeron və Qəbələ rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Abşeron və Qəbələ rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq
# 05 aprel 2012 12:49 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Sabah Abşeron və Qəbələ rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar aprelin 6-da saat 10:00-dan 17:00-dək “Digah” Qazpaylayıcı Stansiyasından qidalanan “Fatmayı” qaz kəmərinin, saat 11-dən 15-dək isə “Qəbələ” Qazpaylayıcı Stansiyasının təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri zamanı Abşeron rayonunun Digah, Məmmədli, Fatmayı və Goradil kəndlərinə, eləcə də Qəbələ rayonuna təbii qazın verilişində fasilələr yaranacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR