«AtaSığorta» şirkətinin daxilolmaları 2,4 dəfə artıb

«AtaSığorta» şirkətinin daxilolmaları 2,4 dəfə artıb
# 12 iyul 2012 13:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «AtaSığorta» şirkətinin 2012-ci ilin yanvar-iyun ayları ərzində topladığı sığorta haqlarının həcmi 6,277 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrün göstəricisi ilə müqayisədə 2,4 dəfə çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, məcmu yığımların strukturunda 54,8% (3,439 mln. manat) könüllü, 45,2% (2,838 mln. manat) isə icbari sığorta növlərinin payına düşüb.

Hesabat dövründə sığorta hadisələri üzrə aparılan ödənişlərin məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 49,8% artaraq 1,289 mln. manat təşkil edib. Könüllü növlər üzrə 1,197 mln. manat, icbari növlər üzrə isə 0,092 mln. manat məbləğində sığorta ödənişləri edilib.

Qeyd edək ki, səhmdarı «AtaHolding» olan «AtaSığorta» ASC 2004-cü ilin sentyabr ayından fəaliyyət göstərir. Şirkət sığortanın 22 könüllü və 3 icbari növləri üzrə məhsullar təqdim edir. Cari il iyulun 1-nə şirkətin nizamnamə kapitalı 5,6 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR