Abşeronda inşa olunmuş yeni qəsəbələrdə mənzillərin telefonlaşdırılmasına başlanılıb

Abşeronda inşa olunmuş yeni qəsəbələrdə mənzillərin telefonlaşdırılmasına başlanılıb
# 31 may 2012 12:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi Abşeronun yeni qəsəbələrində mənzillərin telefonlaşdırılması işlərinə start verib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, hazırda yeni qəsəbələrdə tikilən ATS-lərdə mənzillərin telefonlaşdırılması məqsədilə sənədləşdirmə işləri aparılır. Artıq Abşeron rayonu ərazisində ən böyük yaşayış massivi kimi tanınan «Qurtuluş-93» qəsəbəsində mənzillər tam telefonlaşdırılıb. Burada 3 008 nömrəlik 960 ADSL portlu yeni elektron ATS-dən (EATS) mənzillərə telefon çəkilişi həyata keçirilir. Eyni zamanda qəsəbədə bütün infrastruktur obyektləri də telefonlaşdırılacaq.

Bundan başqa, Masazır qəsəbəsinin «Atçılıq» yaşayış sahəsində də telefon problemi aradan qaldırılıb. Qəsəbədə 1 024 nömrəlik, 192 ADSL portlu yeni EATS avadanlığının montaj-quraşdırma işləri başa çatıb. Mənzillərin telefonlaşdırılması üçün eskiz layihə tam hazırdır, sənədləşmə işləri aparılır. Yeni EATS-in 1 600 metrlik fiber-optik xətt şəbəkəsinin tikinti işləri həyata keçirilib.

Abşeronun ən böyük qəsəbələrindən olan Hökməli kəndində mənzillərin telefonlaşdırılması üçün sənədləşmə işləri aparılır. Hökməli qəsəbəsində yeni 1 024 nömrəlik 192 ADSL portlu EATS-i tam montaj olunub.

Abşeron TQ Yeni Qobu yaşayış sahəsində quraşdırılacaq 1 024 NN-lik 192 ADSL portlu EATS-in montaj-quraşdırma işlərini başa çatdırıb. Qəsəbədə gələcəkdə yeni evlərin tikilməsi nəzərə alındığında gələcək nəsillərin belə telefon çəkdirmək problemi olmayacaq. Bundan başqa Qobustan kəndi ərazisində 512 NN-lik yeni EATS-in tələbatı ödəyəcək.

Xocasən qəsəbəsində Quşçuluq yaşayış massivinin telefona böyük tələbat olan bir hissəsində 640 abunəçilik (hər birində) ONU (Optik Network Union - Optik Şəbəkə Nöqtəsi) tipli stansiya avadanlıqları quraşdırılması başa çatıb. Xocasən qəsəbəsində ONU-nun quraşdırılması nəzərdə tutulan yerə qədər fiber-optik birləşdirici rabitə xəttinin quraşdırılması işləri başa çatdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR