«Bank Standard» «iPhone» mobil telefonları üçün hazırlanmış tətbiqi proqramın imkanlarını genişləndirib

«Bank Standard» «iPhone» mobil telefonları üçün hazırlanmış tətbiqi proqramın imkanlarını genişləndirib
# 19 sentyabr 2012 11:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA_Economics. Azərbaycanın «Bank Standard» QSC «iPhone» mobil telefonları üçün hazırlanmış tətbiqi proqramın imkanlarını genişləndirib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bundan sonra «iPhone» üçün tətbiqi proqram vasitəsilə istifadəçilər «Bank Standard»ın əmanət və kredit məhsulları, həmçinin bankın keçirdiyi uduşlu kampaniyalar haqda ətraflı məlumat əldə edə və valyuta kurslarını öyrənə bilərlər.

Proqram həmçinin xəritədə bankın yaxınlıqdakı filial və bankomatlarının dəqiq yerini, GPS koordinatlarını göstərməklə istifadəçilərə onları asanlıqla tapmaqda kömək edir.

Bundan başqa, «Bank Standard»ın tətbiqi proqramı müştərilərə bankın filiallarına zəng etməklə əlaqə yaratmaq imkanı yaradır.

Qeyd edək ki, bankın bir çox müştəriləri adı çəkilən proqramın imkanlarından artıq yararlanıblar. Qısa vaxt ərzində bankın tətbiqi proqramı 350-ə yaxın «iPhone» istifadəçisi tərəfindən yüklənib.

Tətbiqi proqramı «Apple Store»dan bu link (http://itunes.apple.com/app/bank-standard/id533767381?mt=8) vasitəsilə yükləmək olar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR