Əbülfəs Qarayev Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı ilə görüşüb

Əbülfəs Qarayev Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı ilə görüşüb
# 18 aprel 2012 14:18 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı arasında görüş keçirilib. Nazirliyin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə Türk dünyasında mədəni irsin qorunması, mədəniyyətinin təbliği, TÜRKSOY-un statusunun möhkəmləndirilməsi ətrafında müzakirələr aparılıb. Eyni zamanda görüşdə “Türk Mədəniyyətinə Dəstək və Türk irsinin Qorunması Fondu”nun yaradılması istiqamətində işlərin sürətləndirilməsi və digər məsələlər müzakirə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR