Azərbaycan prezidenti tibb müəssisələrinin tikintisinin sürətləndirilməsinə 20 milyon manat ayırıb

Azərbaycan prezidenti tibb müəssisələrinin tikintisinin sürətləndirilməsinə 20 milyon manat ayırıb
# 25 sentyabr 2012 16:40 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti bir sıra tibb müəssisələrinin tikintisinin sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, sərəncama əsasən, əhalinin sağlamlığının qorunması ilə bağlı görülən tədbirlər çərçivəsində ölkədə müasir səhiyyə ocaqlarının yaradılması, bir sıra tibb müəssisələrində aparılan təmir-tikinti işlərinin sürətləndirilməsi məqsədi ilə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 20,0 (iyirmi) milyon manat, o cümlədən Bakı Sağlamlıq Mərkəzi üçün 5,0 (beş) milyon manat, Ağcabədi, Ağsu, Cəlilabad, Lənkəran və Yevlax mərkəzi rayon xəstəxanalarının hər biri üçün 3,0 (üç) milyon manat ayrılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR