Samux rayonunda yük avtomobili aşıb

Samux rayonunda yük avtomobili aşıb
# 28 mart 2012 13:54 (UTC +04:00)
Samux. Ayxan Hüseynov-APA. Samux rayonunda taxta yüklü avtomobilin aşması nəticəsində bir kənd təbii qazsız qalıb. Samux rayon Polis Şöbəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saat 05:00 radələrində Samux rayon Zazalı kəndində baş verib.
Ağayev Alim Aydın oğlunun idarə etdiyi 42-BJ-882 dövlət nömrə nişanlı “MAZ” markalı yük avtomobili dönmə hərəkəti zamanı aşaraq yol kənarındakı hasara çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, yol kənarındakı təbii qaz xətləri sıradan çıxıb və rayonun Zazalı kəndinə mavi yanacağın verilişi dayandırılıb. Hadisəyə sürücünün dönmə hərəkəti zamanı idarəetməni itirməsinin səbəb olduğu bildirir.

Samux rayon Qaz İstismar İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, qəza nəticəsində sıradan çıxmış qaz borularında təmir işləri aparılıb və kəndə mavi yancağın verilişi bərpa edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR