Bakı-Böyük Kəsik dəmir yolunun 80 km-lik hissəsi təmir olunub

Bakı-Böyük Kəsik dəmir yolunun 80 km-lik hissəsi təmir olunub
# 17 aprel 2012 14:57 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Bakı-Böyük Kəsik dəmir yolunun Mingəçevir-Yevlax mənzilində daha 5 km yolun əsaslı təmiri başa çatıb.

«Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, bununla da indiyə kimi Bakı-Böyük Kəsik-Bakı sahəsində əsaslı təmir olunan kilometrlərin sayı 80-ə çatıb. Aprel ayı ərzində Mingəçevir-Yevlax mənzillərində daha 5 km yol əsaslı təmir ediləcək.

Qeyd edək ki, Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri Azərbaycanda dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının icrası istiqamətində Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən «Dəmir yolu ticarəti və nəqliyyatının dəstəklənməsi Layihəsi» çərçivəsində Çexiya «Eximbank»ının ayırdığı 215 mln. avro məbləğində kredit hesabına həyata keçirilir. Əsaslı təmir işlərinə 2011-ci ilin iyununda başlanıb. Yolların əsaslı təmiri prosesini Çexiya «Eximbank»ının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR