Mustafa Kamal Atatürk və Heydər Əliyev siyasi irsinin formalaşması və araşdırılması mövzusunda konfrans keçirilib

Mustafa Kamal Atatürk və Heydər Əliyev siyasi irsinin formalaşması və araşdırılması mövzusunda konfrans keçirilib
# 01 iyun 2012 10:02 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu gün Beynəlxalq Muğam Mərkəzində Mustafa Kamal Atatürk və Heydər Əliyev siyasi irsinin yeni nəsil arasında formalaşması və araşdırılması mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən layihənin rəhbəri Elmin Sadiqov bildirib ki, M.K.Atatürk və H.Əliyev siyasi irsinin gənclər arasında tətbiq edilməsi vacib məsələlərdən biridir: “Biz Azərbaycan və Türkiyədə ilk dəfə olaraq Mustafa Kamal Atatürk və Heydər Əliyev siyasi irsinin Beynəlxalq Gənclər Birliyinin yaradılması üçün müraciət etmişik. Güman edirik ki, çox zamanda bu birlik fəaliyyətə başlayacaq və öz töhfəsini verəcək. Bu gün keçirdiyimiz beynəlxalq konfransda 60-a yaxın gənc iştirak edir. Bu gənclər Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Türkiyə Səfirliyi, Bakı Dövlət Universiteti tərəfindən dəstəklənir”.

Layihə rəhbəri deyib ki, cari ilin aprel ayından başlayaraq tələbələrin M.K.Atatürk və H.Əliyevin siyasi irsinə həsr olunmuş beynəlxalq konfranslarının təşkil olunmasına başlanıb. Konfransda iştirak edən tələbələr iki aylıq mühazirələr keçiblər. Bu tələbələr Təhsil Nazirliyi tərəfindən diplomlarla təltif olunub.

Konfransdan sonra tədbir iştirakçıları Heydər Əliyevin məzarını ziyarət edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR