Bakıda bank filiallarının müdirləri üçün kurs keçiriləcək

Bakıda bank filiallarının müdirləri üçün kurs keçiriləcək
# 01 iyun 2012 13:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) iyun ayının 4-dən bank filiallarının müdirləri üçün kursa başlayacaq.

ABTM-dən «APA-Economics»ə verilən məlumata görə, iyunun 18-dək davam edəcək kurs bank filiallarının rəhbərləri, filial rəhbərlərinin imza hüquqlu müavinləri və filial rəhbəri və müavinliyinə namizədlər iştirak edə bilərlər. Təlim iştirakçılarına filialın fəaliyyətinin hüquqi təminatı, banklar və Mərkəzi Bank haqqında qanun, çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlər üzrə qanunvericilik, həmçinin ipoteka haqqında qanunvericilik, kredit təşkilatlarında hesabların açılması, aparılması və bağlanılması qaydaları, kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili qaydaları və digər mövzularda məruzələr ediləcək.

Kursda iştirak haqqı bir iştirakçı üçün 800 manat (ƏDV-siz) təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR