Azərbaycanın xarici işlər naziri və ölkənin xaricdəki diplomatik missiyalarının rəhbərləri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər - FOTOSESSİYA

Azərbaycanın xarici işlər naziri və ölkənin xaricdəki diplomatik missiyalarının rəhbərləri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər - <font color=red>FOTOSESSİYA</font>
# 21 sentyabr 2012 08:33 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ölkənin xaricdəki diplomatik missiyalarının rəhbərləri Fəxri Xiyabanı ziyarət ediblər. APA-nın xəbərinə görə, nazir və diplomatlar Heydər Əliyevin məzarına çələng qoyublar. Daha sonra onlar Şəhidlər Xiyabanını ziyarətə gediblər.

Xatırladaq ki, bu gün Bakıda Azərbaycanın xaricdəki diplomatik missiyalarının başçılarının 4-cü müşavirəsi açılır. Müşavirədə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri qarşısında yeni vəzifələr və tapşırıqların qoyulması, müxtəlif müzakirələrin keçirilməsi, habelə “Qlobal siyasi tendensiyalar və onların bizim regiona təsiri” mövzusunda çıxışlar nəzərdə tutulub. Toplantı sentyabrın 23-də yekunlaşacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR