Şəmkirdə 4 avtomobil toqquşub, ölən var

Şəmkirdə 4 avtomobil toqquşub, ölən var
# 05 mart 2012 09:47 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Şəmkir şəhərində ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “Land-Rover”, “Mercedes”, “VAZ-21015” və “VAZ-2107” markalı minik avtomobilləri toqquşub. Nəticədə, “VAZ-21015” markalı avtomobilin sürücüsü - 1989-cu il təvəllüdlü Şahmar Oqtay oğlu Nəzərli hadisə yerində ölüb. Həmçinin hadisə nəticəsində diametri 50 mm olan qaz xətti qaynaq yerindən qopub. Yanğınsöndürənlər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR