Avropa Liqasında I təsnifat mərhələsinin 2 matçı keçirilib

Avropa Liqasında I təsnifat mərhələsinin 2 matçı keçirilib
# 04 iyul 2012 08:51 (UTC +04:00)
Bakı-APA. Avropa Liqasında 2012/13 mövsümünə start verilib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan klublarından “Xəzər Lənkəran”, “İnter” və “Bakı”nın qatılacağı turnirin ilk oyunları meydan sahibləri üçün uğursuz olub. Belə ki, “Vikinqur”la “Şkendiya” evdə nəinki qalib gələ, qol da vura bilməyib.

Farer adaları təmsilçisi üçün ümumiyyətlə, start çox pis alınıb. Belə ki, “Vikinqur” “Qomel”dən 6 cavabsız top buraxıb. Düzdür, ilk hissədə qolsuz bərabərlik olduğundan, heç kim sonda belə nəticənin qeydə alınacağını gözləməzdi. Ancaq “Arsenal” və “Barselona”nın sabiq futbolçusu Aleksandr Qlebin qardaşı Vyaçeslav Qlebin 2 dəqiqəyə etdiyi dublla darmadağın əsası qoyulub. Fasiləyə kimi qol vura bilməyən belaruslular 2-ci hissədə 27 dəqiqəyə rəqib qapısına 6 dəfə yol tapmaqla, növbəti mərhələyə vəsiqəni artıq təmin edib.

Digər matçda isə qolsuz bərabərlik qeydə alınıb.

3 iyul

Avroliqa, I təsnifat mərhələsi
İlk oyunlar

“Vikinqur” (Farer adaları) – “Qomel” (Belarus) – 0:6
V. Qleb, 53, 55, Voronkov, 57, Aleksiyeviç, 58, Kaşevski, 69, Levitski, 80

“Şkendiya” (Makedoniya) – “Portadaun” (Şimali İrlandiya) – 0:0
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR