Ağdamın “Qarabağ” komandası İran komandasını məğlubiyyətə uğradıb

Ağdamın “Qarabağ” komandası İran komandasını məğlubiyyətə uğradıb
# 07 iyul 2012 20:00 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Ağdamın “Qarabağ” komandası Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində İranın futbol üzrə ölkə çempionatında (superliqa) mübarizə aparan İsfahanın “Zob Ahan” klubu ilə qarşılaşıb.

APA-nın məlumatına görə, oyunun birinci hissəsində qapılara yol tapılmayıb.

İkinci hissədə meydana daxil olan Əfran İsmayılov qarşılaşmanın 67-ci dəqiqəsində hesabı açıb - 1:0. Görüşdə başqa qol qeydə alınmayıb, bununla da, “Qarabağ” İsfahan təmsilçisini məğlubiyyətə uğradıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR