Yevlaxda avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

Yevlaxda avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var
# 09 may 2012 17:00 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda sərnişin avtobusu qəzaya uğrayıb. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Bakı-Qazax yolunun Yevlax rayonundan keçən hissəsində qeydə alınıb.

Gəncədən Bakıya gələn “Daewoo” markalı, 10 TB 308 dövlət nömrə nişanlı sərnişin avtobusu “VAZ-21010” markalı, “Daewoo-Nexia” markalı minik və “Man” markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində “VAZ-21010” markalı minik avtomobilindəki sərnişin, 1978-ci il təvəllüdlü Cəfərova Elnurə dünyasını dəyişib.

Avtobusda olan sərnişinlərdən 5-6 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR