Obamanın daha 3 mühafizəçisi istefaya göndərilib

Obamanın daha 3 mühafizəçisi istefaya göndərilib
# 22 aprel 2012 02:27 (UTC +04:00)
Bakı-APA.Kolumbiyada ABŞ prezidentin mühafizəsini təşkil edərkən fahişə xidmətindən istifadə etməkdə təqsirləndirilən ABŞ-ın Məxfi Xidmətinin daha 3 əməkdaşı istefaya göndərilib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, hazırda xidmətin 6 əməkdaşı istefaya göndərilib, 12 əməkdaş daxili istintaqa cəlb olunub.

Baş verən qalmaqalla bağlı bəzi təfərrüatlar üzə çıxmaqdadır.

Bildirilir ki, Amerika nümayəndə heyətinin qaldığı mehmanxanada mühafizəçilərlə Pentaqon əməkdaşlarını 20-dək sifarişlə işləyən qadın əyləndirib.

Bu barədə məlumatların mətbuata sızmasından sonra o cümlədən prezidentin mühafizəsi ilə məşğul olan Məxfi Xidmət araşdırmaya başlayaraq, işlə əlaqəli bir neçə əməkldaşı icbari məzuniyyətə göndərib.

Hadisəni araşdıran komissiya əlavə istefaların gözlənildiyi barədə xəbərdarlıqla çıxış edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR