Azərbaycanın rabitə sektoru 17% artıb

Azərbaycanın rabitə sektoru 17% artıb
# 16 oktyabr 2012 10:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 1 019,3 mln. manat dəyərində rabitə xidmətləri göstərib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə göstərilmiş rabitə xidmətlərinin dəyəri ötən ilin analoji dövrü ilə müqayisədə 16,7% artıb.

Xidmətlərin 72,3%-i əhaliyə xidmətlə bağlı olub və əldə edilmiş gəlirin 74,8%-i qeyri-dövlət sektorunun payına düşüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR