Sahibkarlığa Kömək Milli Fondunun 2011-ci il üzrə maliyyə hesabatlarının auditi keçirilib

Sahibkarlığa Kömək Milli Fondunun 2011-ci il üzrə maliyyə hesabatlarının auditi keçirilib
# 02 aprel 2012 15:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan prezidentinin “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə” 28 iyul 2007-ci il tarixli sərəncamının icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə”yə uyğun olaraq “Ernst & Young Holdings BV” beynəlxalq audit şirkəti tərəfindən Beynəlxalq Audit Standartları əsasında İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun 2011-ci il üzrə maliyyə hesabatlarının auditi keçirilib.

İqtisadi İnkişafı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, audit zamanı Fondda səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin tətbiqi, Fondun maliyyə hesabatlarının beynəlxalq maliyyə standartlarına, mühasibat sisteminin isə Azərbaycanın qanunvericiliyi və mühasibat standartlarına uyğunluğu təhlil edilib.

“Ernst & Young Holdings BV” beynəlxalq audit şirkəti tərəfindən verilmiş rəyə əsasən, Sahibkarlığa Kömək Milli Fondunun 2011-ci il üzrə maliyyə fəaliyyəti müsbət qiymətləndirilib, maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq aparıldığı müəyyən edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR