Rövnəq Abdullayev AFFA prezidentliyinə namizəd olub

Rövnəq Abdullayev AFFA prezidentliyinə namizəd olub
# 10 fevral 2012 20:29 (UTC +04:00)
Bakı-APA. Rövnəq Abdullayev yenidən AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.

APA-nın AFFA-nın rəsmi saytına istinadən verdiyi xəbər görə, bu il martın 9-da AFFA-nın hesabat-seçki Konfransı keçiriləcək. Konfransda AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.

AFFA-nın prezidenti Rövnəq Abdullayev keçiriləcək seçkidə yenidən AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.

Qeyd edək ki, AFFA-nın Nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndinə əsasən, prezident öz namizədliyini irəli sürmək hüququna malikdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR