Azərbaycanda həbsdən yeni çıxmış şəxslər arasında dava düşüb, ölən var

Azərbaycanda həbsdən yeni çıxmış şəxslər arasında dava düşüb, ölən var
# 22 avqust 2012 07:02 (UTC +04:00)
Bakı şəhər sakini Mehman Mirzəyev münaqişə zəminində tanışı, 38 yaşlı Elxan Piri oğlu İbadovu yaşadığı evin qarşısında bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən M. Mirzəyev saxlanılıb.

Polisdən həmçinin bildirilib ki, adıçəkilən şəxslərin hər ikisi məhkumluq həyatı yaşayıb. Onlar bir neçə gün əvvəl azadlığa çıxıblar. Keçmiş məhkumların aralarında baş vermiş mübahisəyə isə söyüş səbəb olub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR