Dünyanın köhnəlmiş pestisid ehtiyatlarının yarısı postsovet ölkələrində yerləşir

Dünyanın köhnəlmiş pestisid ehtiyatlarının yarısı postsovet ölkələrində yerləşir
# 17 aprel 2012 10:02 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Hazırda dünyanın köhnəlmiş pestisid ehtiyatlarının yarısı (200 min ton) 12 postsovet ölkəsində istifadə olunur.

APA-Economics”in xəbərinə görə, bununla əlaqədar BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Şərqi Avropanın 12 ölkəsinin, o cümlədən Azərbaycanın köhnəlmiş pestisidlərin geniş ehtiyatlarının idarə olunması üzrə səylərini dəstəkləyir.

Avropa Birliyinin tərəfdaşlığı ilə sözügedən proqram çərçivəsində ölkələrə 7 mln. avro ayrılacaq. FAO-nun baş direktoru Xose Qratsiano da Silvanın dediyinə görə, mühafizə olunmayan ərazilərdə köhnəlmiş pestisidlər insanların sağlamlığı və ətraf mühit üçün ciddi təhlükə törədir. O qeyd edib ki, pestisidlər kənd təsərrüfatı üçün vacib olsa da, insanların sağlamlığı və ətraf mühit üçün təhlükə törətməyən müvafiq kimyəvi maddələrdən istifadə olunması mütləqdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR