Azərbaycan dövlət başçısı Rusiya prezidentinə başsağlığı verib

Azərbaycan dövlət başçısı Rusiya prezidentinə başsağlığı verib
# 21 iyun 2011 11:50 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevə başsağlığı məktubu göndərib. APA-nın məlumatına görə, başsağlığında deyilir: “Petrozavodsk yaxınlığında təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən sarsıdıb. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm”.

Qeyd edək ki, iyunun 20-də baş vermiş təyyarə qəzasında 44 nəfər həlak olub, 87 nəfər ağır yaralanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR