«Nar Mobile» yeni mobil internet paketlərini istifadəyə verib

«Nar Mobile» yeni mobil internet paketlərini istifadəyə verib
# 06 fevral 2012 14:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) yeni internet paketlərini təqdim edib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, yeni təklifə 1 günlük, 1 həftəlik və 1 aylıq limitsiz internet paketləri daxil edilir. «Nar Mobile» abunəçiləri qeyd edilən mobil internet paketlərindən istifadə etmək üçün («Limitsiz1», «Limitsiz7» və ya «Limitsiz30») 777 nömrəsinə SMS göndərib xidməti aktiv edə bilər. Belə ki, 1 günlük internet paketinin qiyməti 2 manat, 1 həftəlik paketin qiyməti 10 manat, 1 aylıq paketin qiyməti isə 20 manat təşkil edir.

Bundan başqa, «Nar Mobile» təqdim etdiyi «Turbo» paketlərə də dəyişikliklər edilib. Öncəki «Turbo 9» və «Turbo 19» paketləri «Turbo 6» paketi ilə əvəz edilib. Belə ki, abunəçi «Turbo 9» və «Turbo 19» paketlərinə qoşulmaq istədiyi zaman avtomatik «Turbo 6» paketinə qoşulacaq. Bu isə abunəçilərə daha az vəsait ödəməklə daha çox internetdən istifadə etmək imkanı yaradır.

Qeyd edək ki, «Turbo 1» internet paketinin trafiki 50 MB, qiyməti 1 manat, «Turbo 2» paketinin trafiki 150 MB (2 manat), «Turbo 3» paketinin trafiki 400 MB (3 manat), «Turbo 6» paketin trafiki isə 1 000 MB (6 manat) təşkil edir. Bütün paketlərin istifadə müddəti 30 gün təşkil edir. «Turbo» paketlərdən istifadə etmək üçün abunəçilər («1TURBO», «2TURBO», «3TURBO» və ya «6TURBO») 777 nömrəsinə SMS göndərməklə aktiv edə bilər.

Xatırladaq ki, «Azerfon» şirkəti 2007-ci ildə fəaliyyətə başlayıb. «Nar Mobile» şəbəkəsi hazırda Azərbaycanın 80%-ni əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsl şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR