MDB ölkələri silahlı qüvvələrinin qərargah rəislərinin iclası keçiriləcək

MDB ölkələri silahlı qüvvələrinin qərargah rəislərinin iclası keçiriləcək
# 04 aprel 2012 07:41 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. Aprelin 5-də Astanada MDB ölkələri silahlı qüvvələrinin qərargah rəislərinin iclası keçiriləcək. APA-nın xəbərinə görə, gündəliyə 14 məsələ daxil edilib. İclasda hərbi təyinatlı vahid sistemlərin yaradılması və təkmilləşdirilməsi ilə bağlı kompleks məsələlər müzakirə olunacaq. Görüşdə Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Ukrayna təmsilçiləri, eləcə də MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR