Yəməndə «Əl-Qaidə» salahlılıların mövqelərinə hava zərbəsi endirilib

Yəməndə «Əl-Qaidə» salahlılıların mövqelərinə hava zərbəsi  endirilib
# 07 avqust 2012 04:24 (UTC +04:00)
Bakı-APA. Yəmənin mərkəzi bölgələrində Rada şəhəri yaxınlığında ehtimal olunan ABŞ-ın pilotsuz təyyarəsindən «Əl-Qaidə» silahlılarının mövqelərinə hava zərbəsi endirilib.

APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, məhv olunan terrorçuların sayı müəyyən deyil.
Bildirilir ki, Rada şəhəri terrorçuların əsas bazası olub. Son vaxtlar orada silahlıların yenidən qruplaşması qeyd olunub.
Yəmənin təhlükəsizlik xidməti bəyan edib ki, şənbə günü 6 silahlı Caar şəhərində həbs edilib.
Qeyd edək ki, şənbə günü Caar şəhərində baş vermiş terror aktı nəticəsində 45 nəfər həlak olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR