Şeyxülislam Allahşükür Paşazadə: “Rusiyada islam dinini qəbul edənlərin sayı artır”

Şeyxülislam Allahşükür Paşazadə: “Rusiyada islam dinini qəbul edənlərin sayı artır”
# 07 avqust 2012 14:43 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. “Son illərdə Rusiyada islam dinini qəbul edənlərin sayı artır. İslam ənənəvi olaraq bu ölkənin cənub bölgəsində, xüsusilə də Qafqazda geniş yayılmış bir dindir. Son illərdə İslama maraq çox artıb”. APA-nın xəbərinə görə, bu fikirləri Türkiyə mətbuatına müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. O bildirib ki, Avropada ən çox müsəlman məhz Rusiyada yaşayır: “Başda Orta Asiya ölkələri olmaqla digər bəzi müsəlman dövlətlərindən Rusiyaya çalışmağa gələnlər də bu ölkədəki müsəlmanların sayının artmasına xeyli təsir göstərir”.

A. Paşazadə Türkiyə-Azərbaycan münasibətləri barədə də danışıb: “Biz hər zaman Türkiyənin dəstəyini hiss etmişik. Türkiyəyə çox minnətdarıq. Qafqaz Müsəlmanları İdarəsi ilə Türkiyənin Diyanət İşləri Başqanlığı arasında dini və mədəni münasibətlərin inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq protokolu imzalamışıq. İki ölkə arasında bütün sahələrdə, xüsusilə də dini-mənəvi münasibətlərin inkişaf etdirilməsi üçün böyük işlər görürük”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR