Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ilk iclası keçirilib

Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ilk iclası keçirilib
# 15 fevral 2012 10:04 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ilk iclası keçirilib. APA-nın məlumatına görə, xidmətin rəisi Arzu Rəhimov rəhbərliyi ilə keçirilən toplantıya respublikanın bütün rayon və şəhər hərbi komissarları qatılıblar. İclas tanışlıq məqsədi daşıyıb və aidiyyəti şəxslərə təhvil-təslim işlərinin aparılması barədə göstərişlər verilib.

Məlumata görə, yeni yaranmış xidmətin rəisi yeni təklif də irəli sürüb. O qeyd edib ki, xidmətdə çalışmaq istəməyənlər orduda hərbçi kimi fəaliyyətlərini davam etdirə bilərlər.

Qeyd edək ki, prezident İlham Əliyev fevralın 13-də “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb. Fərmana əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilərək onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.

Prezident İlham Əliyevin sərəncamı ilə Arzu Rəhimov Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.

Xatırladaq ki, Arzu Rəhimov buna qədər Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində çalışıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR