BTC-nin dünya neft ixracında payı 1% təşkil edir

BTC-nin dünya neft ixracında payı 1% təşkil edir
# 06 iyun 2012 08:00 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Hazırda Bakı-Tbilisi-Ceyhan kəmərinin dünya neft ixracında payı 1% təşkil edir. “APA-Economics”in məlumatına görə, bu barədə Bakıda keçirilən 19-cu Beynəlxalq "Neft və Qaz, Neftayırma və Neft kimyası" konfransında Türkiyənin enerji və təbii ehtiyatlar nazirinin müavini Hasan Murat Mercan bildirib.

Onun sözlərinə görə, Türkiyə bundan sonra da qaz və neftin nəqli sahəsində çox etibarlı tərəfdaş olacaq.

Türkiyə rəsmisi bildirib ki, Türkiyə digər mənbələrdən, o cümlədən Türkmənistandan da qazın Avropaya çatdırılmasına hazırdır: «Azərbaycandan başqa, digər ölkələr də çox mühümdür və Türkmənistan qazının nəqlini nəzərdə tuturuq. Biz bu layihədə Türkmənistanı mənbələrindən istifadə etməyə hazırlaşırıq».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR