Çempionlar Liqası: “Real” yarımfinala yaxınlaşdı

Çempionlar Liqası: “Real” yarımfinala yaxınlaşdı
# 28 mart 2012 09:02 (UTC +04:00)
Bakı – APA. UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk görüşlərinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə baş tutan hər 2 qarşılaşma meydan sahiblərinin məğlubiyyəti ilə yadda qalıb.

Madrid “Real”ı debüt mövsümündəcə inamlı çıxışı ilə diqqətləri özünə cəlb edən APOEL-i doğma azarkeşləri önündəcə susdurub. Düzdü, Kipr təmsilçisi 74 dəqiqə qapısının toxunulmazlığını saxlamağı bacarıb. Amma son 15 dəqiqədə 3 qol buraxan meydan sahiblərinin növbəti sensasiya arzusu gözündə qalıb. Səfərdə böyükhesablı qələbə qazanan “Kral Klubu” isə özünü yarımfinalda hiss edə bilər.

Gecənin digər qarşılaşması Portuqaliyada keçirilib. Burada yerli “Benfika” cari mövsümdə qeyri-sabit çıxış edən “Çelsi” ilə qarşılaşıb. Londonlular matçın taleyini 75-ci dəqiqədə Salomon Kalunun vurduğu yeganə qolla həll ediblər.

27 mart

APOEL (Kipr) – “Real” (İspaniya) - 0:3
Kərim Benzema, 74; 90; Kaka, 82

“Benfika” (Portuqaliya) – “Çelsi” (İngiltərə) - 0:1
Salomon Kalu, 75
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR