Azərbaycan və BƏƏ arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilib - FOTO

Azərbaycan və BƏƏ arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilib - <font color=red>FOTO</font>
# 01 iyun 2012 13:34 (UTC +04:00)
Bakı – APA. Mayın 29-da Əbu Dabi şəhərində yerləşən Paris Sorbonne Universitetinin tamaşaçı zalında Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Azərbaycanın BƏƏ-dəki səfirliyindən APA-ya verilən məlumata görə, BƏƏ-nin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyanın himayəliyi və səfirliyin təşəbbüsü ilə təşkil olunan tədbirdə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin rəhbərliyi altında akademiyanın kamera orkestri musiqi proqramı ilə çıxış edib.

Tədbirdə qonaq qismində Birləşmiş Ərəb Əmirlikləri xarici işlər nazirinin müavini, doktor Tariq Hidan, BƏƏ XİN-in və digər hökumət qurumlarının, şirkətlərin nümayəndələri, ölkədə akkreditə olunmuş səfirlər, beynəlxalq təşkilatların və BƏƏ-nin ictimai dairələrinin tanınmış şəxsləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, AZAL-ın və Azərbaycan Beynəlxalq Bankının Dubaydakı ofislərinin əməkdaşları, BƏƏ-də yaşayan Azərbaycan vətəndaşları iştirak edib.

Mərasim haqqında BƏƏ-nin “Əl-İttihad” (rəsmi dövlət qəzeti), “Əl-Bayan” (Dubay) və “Əl-Xalic” qəzetlərində məlumatlar verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR