Azərbaycanda standartlaşdırma və metrologiya sahələri üzrə təlim mərkəzi yaradılıb

Azərbaycanda standartlaşdırma və metrologiya sahələri üzrə təlim mərkəzi yaradılıb
# 06 sentyabr 2012 13:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzində (AzTEST) standartlaşdırma və metrologiya sahələri üzrə kadr hazırlığını gücləndirmək məqsədilə təlim mərkəzi yaradılıb.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, mərkəzdə 30-a qədər mövzu üzrə kursların keçirilməsi nəzərdə tutulub.

Mövzulara xətalar nəzəriyyəsi, ölçmə nəticələrinin qeyri-müəyyənliyinin hesablanması, təzyiq, hərarət, elektrik, fiziki-kimyəvi, mexaniki, xətti-bucaq, sərf və miqdar, radio-texniki, həcm və tutum ölçmə vasitələrinin kalibrlənməsi, İSO 22000:2005 “Qida məhsullarının təhlükəsizliyinin idarə edilməsi”, standartlaşdırma və sertifikatlaşdırma, istehsalatın metroloji təminatı, beynəlxalq standartlarla uyğunlaşdırılmış dövlətlərarası standartların, o cümlədən QOST 8.586.1-8586 2005 «Измерение расхода количества жидкостей и газов с помощью стандартных сужающих устройство» standartının xüsusiyyətləri, xromatoqrafiya və xromatoqrafların kalibrlənməsi, çənlərin dərəcələnməsi, tamamlığını pozmadan məmulatların və məhsulların keyfiyyətinə nəzarət, müəssisələrdə İSO 9001:2008 “Keyfiyyəti idarəetmə sistemi” standartının tətbiqi və s. aiddir.

Bundan başqa, İSO 14001:2005 “Ətraf mühitin idarəedilməsi sistemi”, OHSAS 18001:2006 “Əməyin təhlükəsizliyinin idatəedilməsi sistemi”, İSO/İEK 17025 standartının tələblərinin öyrənilməsi, İSO 19011 “İdarəetmə sistemləri üzrə rəhbəredici göstərişlər”, Konkret məhsul üçün müəssisələrdə texniki şərtlərin hazırlanması qaydaları, standartların hazırlanması, onlarda dəyişikliklərin edilməsi və onların ləğv olunması, HACCP (Risklərin analizi və kritik nəzarət nöqtələri) sisteminin müəssisələrdə tətbiqi və s. mövzular üzrə də təlimlər planlaşdırılır.

Kursları bitirənlərə xüsusi vəsiqə və iştirakçı sertifikatı veriləcək. Səriştəlilik və yaxud səlahiyyətlilik sertifikatını almaq üçün isə kursu bitirən dinləyicilər attestasiyadan keçəcəklər.

Qeyd edək ki, ölkədə məhsulların beynəlxalq standartlar əsasında istehsalı, yüksək keyfiyyətli xidmətlərin göstərilməsi və özəl sektorda ixracın stimullaşdırılması, ixrac mallarının çeşidinin artırılması, həmçinin yerli istehlakçıların təhlükəsiz və keyfiyyətli məhsul, mal və xidmətlərlə təmin edilməsi üçün ilk növbədə bu sahədə çalışan kadr potensialının səriştəliliyini və təcrübəsini gücləndirmək tələb olunur. Komitənin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) tərəfindən təşkil olunan ixtisasartırma kursları və təşkili planlaşdırılan təlim mərkəzinin fəaliyyəti də məhz istehlakçıların tələblərinə əsaslanan sahibkarlığın inkişafına yardım etmək hədəfi daşıyır.

Kurslarda iştirak etmək istəyənlər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinə (AzTEST) (Keyfiyyəti idarəetmə şöbəsinə) müraciət edə bilərlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR