TQDK-nın keçirəcəyi sonuncu sınaq imtahanında 31188 abituriyent iştirak edəcək

TQDK-nın keçirəcəyi sonuncu sınaq imtahanında 31188 abituriyent iştirak edəcək
# 25 may 2012 14:08 (UTC +04:00)
Bakı. Aygün Hənifəyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mayın 27-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədi ilə keçirəcəyi sınaq imtahanında 31188 abituriyent iştirak edəcək. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sınaq imtahanları respublikanın 30 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Abşeron, Qobustan, Mingəçevir, Samux, Gədəbəy, Qazax, Ağstafa, Goranboy, Yevlax, Şəki, Ağcabədi, Göyçay, Kürdəmir, Zərdab, Ağsu, Fizuli, Beyləqan, Şirvan, Hacıqabul, Biləsuvar, Saatlı, Lənkəran, Lerik, Quba, Şabran və Siyəzən şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 50 binada keçiriləcək.

İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR