Gənc ailələrinin sosial müdafiəsi haqqında qanun layihəsi hazırlanır

Gənc ailələrinin sosial müdafiəsi haqqında qanun layihəsi hazırlanır
# 15 fevral 2012 10:55 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Gənc ailələrinin sosial müdafiəsi haqqında qanun layihəsi hazırlanır. APA-nın məlumatına görə, bunu jurnalistlərə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. O bildirib ki, bəzən insanlar sosial müdafiədən danışarkən ilk növbədə pulu, ipoteka kreditini və mənzil verilməsini nəzərdə tuturlar. Lakin burada böyük istiqamət məhz sosial psixoloji yardım məsələsidir: “Sosial xidmətin ən böyük qolu insanların sosial-psixoloji adaptasiyasıdır”.

H. Rəcəbli qeyd edib ki, “Sosial xidmət haqqında” qanunda sosial xidmətin növləri genişləndirilib: “Eyni zamanda sosial xidmətlərdə bir sıra dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının iştirakını da təsbit etmişik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR