Lənkəran sakini özünü yandıraraq intihara cəhd edib

Lənkəran sakini özünü yandıraraq intihara cəhd edib
# 02 may 2012 06:41 (UTC +04:00)
APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gün saat 23.00 radələrində şəhərin Axundzadə küçəsi, 42 ünvanında qeydə alınıb.

Adı çəkilən ünvanda yaşayan, 1972-ci il təvəllüdlü Zülfüqar Xeyrulla oğlu Kazımov üstünə neft tökərək, özünü yandırmaqla intihara cəhd edib. Hadisədən tez xəbər tutan yaxınları alovu söndürərək, təcili onu Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırıblar.

MRX-nin qəbul şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, Zülfüqar Kazımov xəstəxanaya II və III dərəcəli - bütün bədən səthinin termiki alov yanığı diaqnozu ilə qəbul olunub. Onun üzərində lazımi tibbi tədbirlər həyata keçirilib, amma vəziyyəti ağırdır.

İlkin versiya kimi Z. Kazımovun intihara cəhd etməsinə anası ilə şəxsi mübahisənin səbəb olduğu bildirilir.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR