Azərbaycan Silahlı Qüvvələrində “NATO günləri” keçirilir

Azərbaycan Silahlı Qüvvələrində “NATO günləri” keçirilir
# 01 noyabr 2012 07:16 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə NATO-nun Hərbi Əməkdaşlıq idarəsinin rəis müavini kontr-admiral İon Dimutrasku (Rumıniya Hərbi Dəniz Qüvvələri) rəhbərlik edir.

Tədbirin məqsədi Silahlı Qüvvələrin hərbi təhsil müəssisələrində müəllim və komandanlıq heyətinə, kursantlara və dinləyicilərə NATO haqqında ətraflı məlumat verməkdən ibarətdir. Tədbir müddətində iştirakçılara NATO-nun strukturu, yaranma tarixi, məqsədi, siyasəti, strategiyası, konsepsiyası, transformasiya prosesi, islahatlar, tərəfdaşlıq münasibətləri, sülhməramlı və böhranlara cavab vermə əməliyyatları haqqında təqdimatlar veriləcək və dəyirmi masada müzakirələr aparılacaq.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR