Türkiyənin Qara dənizdə neft və qaz axtarışları uğursuz nəticələnib

Türkiyənin Qara dənizdə neft və qaz axtarışları uğursuz nəticələnib
# 26 sentyabr 2012 10:57 (UTC +04:00)
Bakı – APA-Economics. Türkiyənin TPAO şirkətinin Qara dənizdə neft və qaz axtarışları uğursuz nəticələnib.

APA-Economics”in “Zaman” (Türkiyə) qəzetinə istinadən xəbərinə görə, dənizdə qazılan “İstranca 1” kəşfiyyat quyusu iqtisadi baxımdan səmərəli olmadığına görə qapadılıb və daha sonra dəyərləndirilməsi qərara alınıb.

Şimali Kipr Türk Cümhuriyyətində qazılan “Türkyurdu 1” kəşfiyyat quyusu da eyni aqibətlə üzləşib. Bununla belə, Şimali Kiprdə ikinci quyunun qazılmasına qərar verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR