Azərbaycan üçün S-125 «Peçora» raket komplekslərinin modernləşdirmiş «Tetraedr» firması yeni layihələr üzərində işləyir

Azərbaycan üçün S-125 «Peçora» raket komplekslərinin modernləşdirmiş «Tetraedr» firması yeni layihələr üzərində işləyir
# 27 iyul 2012 09:16 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə «Eksport voorujeniy» jurnalına müsahibəsində «Tetraedr» firmasının prezidenti Andrey Vaxovski bildirib.

Azərbaycanın rəhbərlik etdiyi firmanın əsas müştərilərindən olduğunu deyən A. Vaxovski mövcud layihələr barədə detallı açıqlamalar verməyib.

A. Vaxovski Azərbaycandan başqa, Qazaxıstanla da birgə layihələrinin olduğunu vurğulayıb.

Qeyd edək ki, «Tetraedr» firması Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının S-125 «Peçora» raket komplekslərinin modernləşdirilməsini həyata keçirib.

Modernləşdirilmiş ilk komplekslərin atış sınaqları 2010-cu ilin sonlarında keçirilib və yaxşı nəticələr alınıb. A. Vaxovski ötən il APA-ya açıqlamasında Azərbaycanın «Tetraedr»in istehsalı olan T-38 «Stilet» zenit-raket komplekslərini almaq istəyində olduğunu söyləyib.

Hazırda Azərbaycanda «Tetraedr»in yerli «Azairtechservice» şirkəti ilə birgə yaratdığı «Tetraedr Techservice» adlı birgə müəssisəsi fəaliyyət göstərir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR