Mədəniyyət və Turizm Nazirliyində Qambiya Turizm Departamentinin baş direktoru ilə görüş keçirilib

Mədəniyyət və Turizm Nazirliyində Qambiya Turizm Departamentinin baş direktoru ilə görüş keçirilib
# 29 iyun 2012 09:37 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsində Bakıda səfərdə olan Qambiya Turizm Departamentinin baş direktoru Benjamin A. Roberts ilə görüş keçirilib. Nazirlikdən APA-ya verilən məlumata görə, səfərinin məqsədi Bakıda keçirilən Krans Montana forumunda iştirak etməkdir.

Görüşdə hər iki ölkənin turizm potensialı haqqında geniş məlumat verilib və gələcək perspektivlər ətrafında fikir mübadilələri aparılıb. Azərbaycanda hazırda həyata keçirilən layihələr, son dövrlər açılan turizm obyektləri, Şahdağ qış-yay turizm kompleksi və digər layihələr barədə də məlumat verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR