Bağdadda iki partlayış baş verib, 4 nəfər həlak olub, 15 nəfər yaralanıb

Bağdadda iki partlayış baş verib, 4 nəfər həlak olub, 15 nəfər  yaralanıb
# 21 aprel 2012 20:16 (UTC +04:00)
Bakı-APA. Bağdadda baş vermiş iki partlayış nəticəsində 4 nəfər həlak olub, 15 nəfər yaralanıb.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yolun kənarında quraşdırılan partlayıcı qurğular hərbi və polis avtomobili keçərkən işə düşüb. Terror aktı nəticəsində mülki şəxslər həlak olub.
İraqda fəaliyyət göstərən “Əl Qaidə” terror təşkilatı ölkədə vətəndaş müharibəsini, şiə-sünni qarşıdurmasını alovlandırmağa çalışır.
Xatırladaq ki, iki gün əvvəl İraqın 10 şəhərində törədilən 20 terror aktı nəticəsində 36 nəfər həlak olub, 117 nəfər yaralanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR