Dövlət Baytarlıq Xidməti Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

Dövlət Baytarlıq Xidməti Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib
# 22 oktyabr 2012 11:09 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Dövlət Baytarlıq Xidməti (DBX) Qurban bayramı ilə bağlı gücləndirilmiş iş rejiminə keçib. Bu barədə APA-ya DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib. Onun sözlərinə görə, Bakı şəhərində təşkil edilən heyvan satışı və kəsimi məntəqələrinə baytar həkimləri təyin olunublar: “Burada əsas məqsəd dövlət baytarlıq nəzarətini həyata keçirmək, əhaliyə sağlam və keyfiyyətli məhsulların çatdırılmasıdır. Artıq bu gündən bütün məntəqələrdə baytar həkimlər fəaliyyətə başlayıblar. Onlar gələn heyvanlara tam nəzarəti həyata keçirirlər”.

Y. Xanvəli deyib ki, xəstəlik aşkarlanan heyvanlar müəyyən edilsə, onlar satışdan uzaqlaşdırılacaq, müəyyən olunmamış yerlərdə heyvan satışının qarşısı alınacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR