ABŞ Çindən 3 mlrd. dollar tələb edir

ABŞ Çindən 3 mlrd. dollar tələb edir
# 06 iyul 2012 15:45 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ Çinə qarşı 3 mlrd. dollarlıq iddia ilə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) müraciət edib.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, buna ABŞ istehsalı olan avtomobillərin Çinə idxalı zamanı “ədalətsiz rüsumların tətbiqi” səbəb olub.

ABŞ prezidenti Barak Obama məsələ ilə bağlı açıqlamasında rəqabətdən qorxmadıqlarını bildirib: “Biz qaydalara uyğun oynayırıq və bu qaydalara da riayət olunmasını istəyirik”. Onun sözlərinə görə, Çinə ixrac olunan ABŞ avtomobillərinə tətbiq olunan rüsumlar Birləşmiş Ştatların iqtisadiyyatına ziyan vurur.

Qeyd edək ki, Çin 2011-ci ilin dekabrından 2,5 litr və daha artıq həcmdə olan ABŞ avtomobillərinə rüsum tətbiq edir. Pekin hesab edir ki, amerikalı istehsalçılar ixrac etdikləri avtomobilləri daha ucuz satırlar. Bu səbəbdən “Chrysler”, BMW, “Mercedes-Benz US International”, “American Honda Motor” və “Ford Motor” kimi şirkətlərin ciddi problemləri yaranıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR