Azərbaycan London Yay Olimpiya Oyunlarına 33-cü lisenziyasını qazanıb

Azərbaycan London Yay Olimpiya Oyunlarına 33-cü lisenziyasını qazanıb
# 20 aprel 2012 15:54 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, ilk olaraq sərbəst güləş Azərbaycan milli komandası 3 çəki dərəcəsində lisenziya uğrunda yarışa qoşulub.

Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında yığmamız digər 4 çəkidə (Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq) və Cəmaləddin Məhəmmədov (120 kq)) Olimpiadaya vəsiqəni artıq təmin edib. İlk lisenziya turnirinə Mahmud Məhəmmədov (55 kq), Toğrul Əsgərov (60 kq) və Aslanbek Alborov (96 kq) yollanaraq, mübarizəni 1/8 finaldan başlayıblar.

Məhəmmədov ilk döyüşündə Vladislav Andreyevlə (Belarus) qarşılaşıb. Rəqibinə heç bir şans verməyən təmsilçimiz ilk döyüşündən qalib ayrılıb. O, ilk hissədə 1:0, növbəti hissədə isə 2:0 hesablı qələbəyə sevinib. 1/4 finalda Məhəmmədovun rəqibi rumıniyalı Andrey Dukov olub. Təmsilçimiz hər 2 hissədə uduzub - 0:1, 4:5.

Əsgərov da 1/8 final mərhələsinə uğurla başlayıb. Həmyerlimiz Aleksandr Kontoyevlə (Belarus) görüşdə hər 2 hissəsini qalib kimi bitirərək (1:1, 4:0), növbəti mərhələyə yüksəlib.
Növbəti cəhddə həmyerlimiz alman Tim Şleyxerdən üstün olub. O, ilk hissədə 2:0, ardınca 4:0 hesablı qələbəni bayram edən Əsgərov yarımfinala yüksələrək, orada ukraynalı Aleksandr Fedorişinə qalib gəlib - 2:0 və 4:1. Əsgərova finala çıxmaq olimpiya lisenziyası qazanmaq üçün yetərli olub. Nəticədə London-2012-yə 33-cü lisenziyamızı qazandıq. Toğrulun finalda rəqibi bolqar Anatoli Quydea olacaq.

Alborov Georgi Atanasov Sredkovla (Bolqarıstan) qarşılaşıb. Təəssüf ki, ağır çəkili pəhləvanımız ev sahiblərinin güləşçisi ilə bacarmayıb və 1:2 hesabı ilə uduzub. Bununla da o, növbəti mərhələyə yüksəlmək şansını itirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR