Macarıstandan Bakıya gətirilən Ramil Səfərova aeroportda Azərbaycan pasportu verilib

Macarıstandan Bakıya gətirilən Ramil Səfərova aeroportda Azərbaycan pasportu verilib
# 31 avqust 2012 14:07 (UTC +04:00)
APA-nın “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, Ramil Səfərov onun əfvinə dair prezident İlham Əliyevin sərəncamı ilə tanış edilib və ona Azərbaycan pasportu təqdim olunub.

“Azərbaycana qayıtmağımdan çox xoşbəxtəm. İnsanın həyatında elə anlar olur ki, onu sözlərlə ifadə etmək çətin olur. Hazırda mən də belə hisslər keçirirəm. İlk növbədə humanist bir addım olaraq əfv sərəncamı imzalayaraq həbsimi başa çatdıran prezident, Ali Baş Komandan İlham Əliyevə həm öz adımdan, həm də ailə üzvlərim adından dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm”, - deyə Ramil Səfərov jurnalistlərə açıqlamasında deyib.

R. Səfərov ona göstərilən dəstəyə görə minnətdarlığını da ifadə edib: “Ədliyyə Nazirliyinə, ölkəmizin Budapeştdəki səfirliyinə, bu işdə əziyyət çəkən hər bir kəsə təşəkkürümü bildirirəm. Bütün Azərbaycan xalqını salamlayıram. İllər ərzində mənə və ailə üzvlərimə göstərdikləri diqqətə və qayğıya görə dərin minnətdarlığımı bildirirəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR