Sabah millət vəkili Fazil Mustafanın yeni kitablarının təqdimat mərasimi keçiriləcək

Sabah millət vəkili Fazil Mustafanın yeni kitablarının təqdimat mərasimi keçiriləcək
# 13 aprel 2012 13:22 (UTC +04:00)
Bakı - APA. Sabah saat 12:00-da “Park Bulvar”da Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafanın yeni kitablarının təqdimat mərasimi və oxucularla görüşü keçiriləcək.

BQP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müəllif eyni zamanda oxucular üçün imza günü də keçirəcək. Arzu edənlər tədbirdə iştirak edə bilərlər.

Qeyd edək ki, bu yaxınlarda Fazil Mustafanın ikisi Bakıda, biri İstanbulda olmaqla üç kitabı işıq üzü görüb. Bunlar “Azərbaycan türklərinin dini-fəlsəfi dünyagörüşü: dini-fəlsəfi aspekt”, “Asiyadan sivilizasiyaya (məqalələr toplusu)” və “Azərbaycan türkünün iman davası” kitablarıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR