Azərbaycan ərazisində havaların kəskin soyuması və yolların buz bağlaması məhkəmələrin işində yenidən problem yaradıb

Azərbaycan ərazisində havaların kəskin soyuması və yolların buz bağlaması məhkəmələrin işində yenidən problem yaradıb
# 08 fevral 2012 09:05 (UTC +04:00)
APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində və digər rayon məhkəmələrində, həmçinin Bakı Hərbi Məhkəməsində bu günə təyin olunan bir çox proseslər təxirə salınıb. Təxirə salınan proseslər əsasən, cinayət tərkibi ilə bağlı olan məhkəmələrdir. Buna yolların buz bağlaması nəticəsində təqsirləndirilən şəxslərin məhkəmə binalarına gətirilməsinin mümkün olmaması səbəb olub.

Lakin Bakı Apellyasiya Məhkəməsində və iqtisadi məhkəmələrdə mülkü və iqtisadi məsələlərlə bağlı proseslər təxirə salınmayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl də havaların kəskin soyuması və yolların buz bağlaması məhkəmə proseslərinin bir çoxunun təxirə salınmasına səbəb olmuşdu.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR